Lənkəranda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ağacəkmə kampaniyası ilə yad edilib

Aksiya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi, Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhərin Yaşıllaşdırma Müəssisələrinin birgə fəaliyyəti ilə Həzi Aslanov Parkında baş tutub. Aksiya zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və Lənkəran Yaşıllaşdırma Müəssisəsinin əməkdaşları tərəfindən relikt bitki olan
Lənkəran Akasiyaları əkilib və suvarılıb.
Gələcəkdə də belə aksiyaların davam etdirilməsi və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.
Aksiyada əməyi keçən dövlət idarələri və onun rəhbərlərinə xüsusi təşəkkürlərimizi bildiririk.


