Ç. İyn 25th, 2025

Lənkəranda yeni doğulmuş körpə yol kənarına buraxılıb

Lənkəran rayonun Liman şəhərində yol kənarında yeni doğulmuş körpə tapılıb.

Körpəni 1972-ci il təvəllüdlü Camal Mustafa oğlu Kazımov heyvanları örüşə apardıqdan sonra evə qayıdarkən tapıb. Şəhərin M.Ə. Sabir küçəsində dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlamada qalın örtüyə bürünmüş halda görüb. Körpəni evə gətirib, yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib.

Polis əməkdaşları körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verib. Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır. Hazırda körpənin səhhəti həkimlərin tam nəzarətdədir. 

Faktla bağlı araşdırma işi aparılır.

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com