Leninin cəsədi satılacaqmı?

Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski SSRİ-nin qurucusu Vladimir Leninin cəsədinin məqbərədən çıxarılıb kremasiya edilməsini təklif edib.
Partiya sədri bu fikri amerikalı rəssam Devid Datunun Lenini qalıqlarını 1 milyon dollara alıb Vaşinqtona köçürməyə hazır olduğunu elan etməsindən sonra səsləndirib.
Jirinovskinin sözlərinə görə, Leninin məzarının hissə-hissə ABŞ-a aparılmasına razı olardı.
Siyasətçi onu da qeyd edib ki, təklif olunan məbləği kifayət qədər böyük hesab edir və təklif sərfəlidir.
Mənbə: Qafqazinfo