Ç. İyn 25th, 2025

Lerikdə tükürpədici qətl

Lerik rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Rzayev Akif  Yədulla oğlu yeznəsi, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu meşə ərazisində qətlə yetirdikdən sonra yandırıb. İzi itirmək üçün isə meyiti hadisə yerində basdırıb.

İlkin verilən məlumata görə, hadisə ötən ayın 20-də baş verib.

Bakı şəhərinin Xətai rayonunda yaşayan qayınata və kürəkən paytaxtdan birlikdə Lerikə gəliblər. Lakin A. Rzayev Bakıya tək qayıdıb.

Ailə üzvləri narahat olduqları üçün bir neçə gün sonra Ə. Nuriyevin itkin düşməsi barədə məlumat veriblər.
İlkin istintaq tədbirləri əsnasında şübhəli şəxs qismində dindirilən qayınatanın ailə münaqişəsi zəminində kürəkənini aldadaraq Lerik rayonu ərazisinə gətirdiyi və Çayrud kəndi ərazisindəki meşəlik ərazidə qətlə yetirərək basdırdığı müəyyən edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə bu gün hadisə yerinə baxış keçirilib. Meyit ekskumasiya edilərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com