Lider TV-nin müflis elan edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.
İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Mənbə: Qaynarinfo