Ç. İyn 25th, 2025

Luis Suares Barselona ilə vidalaşdı

Bu barədə ispaniyalı jurnalist Jerar Romero özünün “Twitter” səhifəsində məlumat paylaşıb.

Bu gün səhər saatlarında klubun bazasına yollanan 33 yaşlı hücumçu komanda üzvləri ilə vidalaşdıqdan sonra oranı tərk edib. Yaxın saatlarda Kataloniya təmsilçisinin oyunçu ilə müqaviləyə xitam verilməsi barədə açıqlama yayacağı gözlənilir.

Təcrübəli forvard La Liqanın karyerasını digər La Liqa təmsilçisi “Atletiko”da davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən L.Suares ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla 2021-ci ilin yayınadək müqaviləsi var.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com