Ç. İyn 25th, 2025

Lənkəran könüllüləri çay yığımında iştirak ediblər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və KOBİA-nın Lənkəran “KOB Dostu” ofisinin könüllüləri İstisu qəsəbəsində çay yığımı prosesi ilə tanış olublar.

Agentliyin dəstək və xidmətlərindən yararlanmış “Yaşıl Çay” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülər həmçinin çay yığımında iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, çayçılığın inkişafına ictimai dəstək nümayiş etdiriblər.

“Yaşıl Çay” Fermer Təsərüfatı KOBİA-nın satış üzrə əlaqələndirmə, ekoturizm, yerli tərəfdaşların tapılması və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətlərindən istifadə edib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com