Lənkəranda boğulma hadisəsi qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) süni göldə batması barədə məlumat daxil olub.
Bu barədə Mediamax.az saytı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.