Ç. İyn 25th, 2025

Lənkəranda “Düşüncəni rəngləndir” layihəsi həyata keçirilib.

Mediamax xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Düşüncəni Rəngləndir” layihəsinin Lənkəran gəncləri üçün keçirilib.

Layihə rəhbəri Rövşən Ağasizadə iştirakçılara layihə haqqında ətraflı məlumat verib və Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd edib ki, 3 ay icra edilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşir. Layihəyə seçilən 18 gənc təlimlərə cəlb olunub. Əsas məqsəd regionda yaşayan gənclərin yaradıcı düşüncəsini artırmaq, analiz qabiliyyəti və yumşaq bacarıqlar üzrə bilik və bacarığını artırmaqdır. Layihə 3 gün ərzində Lənkəran Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbirin açılış mərasimində layihə rəhbəri ilə yanaşı “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev də çıxış edərək Gənclər Fondunun dəstəklədiyi layihələrdən danışıb, regiondakı gənclərin fəallığı ilə bağlı məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

Layihə ərzində təlimçi Həsən Rəhimli tərəfindən kritik düşünmə sənəti, emosional zəka və duyğuların idarə edilməsi, maliyyə intellekti və pulu idarəetmə təfəkkürü, analitik bacarıqlar və s. mövzular üzrə təlimlər və diskussiyalar təşkil edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com