Lənkəranda gənclər üçün “Şəxsi İnkişaf Festivalı” keçirilib
Mediamax.az xəbər verir ki, festival çərçivəsində gənclərin şəxsi inkişafına müsbət təsir göstərə biləcək müxtəlif mövzularda — şəxsi inkişaf, turizm, kibertəhlükəsizlik, psixologiya və digər sahələr üzrə məlumatlar və tövsiyələr verilib.
Tədbirdə spiker qismində Lənkəran Regional Turizim İdarəsinin rəisi İlqar Əzimov, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, Kibertəhlükəsizlik üzrə mütəxəssis İlkin Əsədzadə, Psixoloq Röyalə Vüqarqızı çıxış edib. Sonda gənclərin sualları cavablandırılıb.
Festival Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin və Lənkəran Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı və Mediamax.az-ın media dəstəyi ilə həyata keçirilib.