“Lənkəranda Pandemiya dövründə könüllülərin fəaliyyəti və pandemiyadan sonrakı mərhələdə məşğulluq imkanları”

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Gənclərinin İnkişaf və Karyera mərkəzinin Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığa ilə tədbir keçirilib.
Mediamax.az-a daxil olan məlumata görə gənclərlə onlayn görüşdə Milli Məclisin Deputatı Rüfət Quliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Cavad Miriyev, Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov iştirak edib.
Tədbir zamanı gənclərin təklif və sualları diqqətlə dinlənilib və cavablanlandırılıb eyni zamanda Milli Məclisin Deputatı Rufət Quliyev çıxışında pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı vətəndaşların pandemiya dövrünün xüsüsi qaydalarına ciddi riayət etməklə xəstəliyə qalib gəlməyin mümkün olacağını qeyd edib, həmçinin, pandemiyadan sonrakı dövrdə gənclərin məşğulluq imkanları barədə olan layihələrini gənclərin diqqətinə çatdırıb.