Məşhur cütlüyün 2-ci övladı dünyaya gəlib

Dünyaca məşhur müğənni Castin Timberleyk və aktrisa həyat yoldaşı Cessika Bil ikinci dəfə valideyn olublar.
Verilən məlumata görə cütlüyün bu həftənin əvvəlində oğlu dünyaya gəlib.
Qeyd edək ki, aktrisa və əri mart ayından etibarən ictimaiyyətdə görünmürdülər. Onlar körpə doğulana qədər bu xəbəri gizli saxlayıblar. Castin və Cessikanın 5 yaşlı oğlu da var.
Mənbə: 101