Ç. İyn 25th, 2025

Məşhur müəllimə Leyla Qarazadənin gənclərlə görüşü baş tutub

Mediamax.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə “Kəndimizin Gənc Müəllimi” layihəsi çərçivəsində Leyla Qarazadənin gənclərlə görüşü keçirilib.

Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çox səmimi və motivasiyalı çıxışı ilə yaddaqalan Leyla müəllimə fərqlilik və davamlılığın nə qədər önəmli olduğundan, yorulmadan cəhd etməkdən, istifadə etdiyi kreativ tədris metodlarından və çox sevdiyi şagirdlərindən danışıb. Həmçinin gənclərii maraqlandıran sualları cavablandırıb.

Ölkəyə səs salan videonun qəhrəmanlarını görmək üçün görüşdən əvvəl GİKM-in Lənkəran nümayəndəliyinin əməkdaşları Lənkəranın ucqar dağ kəndi Jididə olublar. Əməkdaşlar öz təəssüratlarını bizimlə bölüşərkən bildiriblər ki, oradakı gözəllikləri, cana yaxın insanları və məktəbin hər tərəfində hiss olunan sevgini ifadə etmək mümkün deyil. Bu ülvi hissləri yaşamaq üçün mütləq Jidi kəndini gedib görmək lazımdır.

Məlumat üçün qeyd edək ki, Jidi kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Leyla xanım öz müqəddəs işini böyük həvəslə görür. Uşaqlara sevgi və qayğısı ilə seçilən gənc müəllimə fərqli dərs metodlarına üstünlük verir. O, bir neçə beynəlxalq layihələrə üzv olub və layihələrin müəllifi olaraq da fəaliyyət göstərir. “eTwinning” layihələrində Avropa Keyfiyyət Nişanı qazanıb.

İnstagram: https://instagram.com/lenkaran.gencleri?igshid=YmMyMTA2M2Y=

Facebook: https://www.facebook.com/lenkaran.gencleri

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com