Ça. İyn 24th, 2025

Məhkəmədən Eldar Həsənovla bağlı qərar

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov məhkəməyə gətirilib.

Mediamax.az-ın verdiyi xəbərə görə, o, istintaqın təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

Məhkəmədə Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Verilən məlumatına görə, onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com