Ç. İyn 25th, 2025

Məşhur hüquq müdafiəçisi ölüb

Qaradərililərin nüfuzlu hüquq müdafiəçilərindən biri hesab olunan Con Luis 80 yaşında vəfat edib.
TASS-ın verdiyi məlumata görə, bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib:
“Bu gün Amerika tarixinin ən böyük qəhrəmanlarından birinin – Konqresin vicdanı olan Con Luisin itkisi üçün matəm tuturuq”.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında siyasətçiyə xərçəng diaqnozu qoyulmuşdu.
Con Luis 1963-cü ildə Martin Lüter Kinqin rəhbərlik etdiyi məşhur Vaşinqton yürüşünün təşkilatçılarından biri idi. İlk dəfə 1986-cı ildə Konqresə seçilən Con Luis o vaxtdan ardıcıl 17 dəfə bu postda təmsil olunub.

Mənbə: Xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com