Ca. İyn 26th, 2025

Mahnı oxuyarkən belə maskasını çıxarmayan Xalq artisti

Xalq artisti Mələykə Əsədova qonaq olduğu ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousuna maska ilə gəlib.

Adı çəkilən proqrama dəfələrlə qatılan Mələykə Əsədova əli boş gəlməsini koronavirusla əlaqələndirib:
“Bu gün verilişinizə tək qatılıram. Əli boş gəlməyimin səbəbi isə koronavirusla bağlıdır. Aldığımın üzərində virus ola bilər. Ehtiyat etdim”.
“Heç kim məndən inciməsin, amma mən hara gedirəmsə, maskadan istifadə edirəm”, – deyən sənətçi fikirlərini belə davam edib:
“Maska taxmaq mütləqdir. Evdə mənə deyirlər ki, çox kaprizli insansan. Bildim ki, verilişdə masa arxasında olacağıq, qərara gəldim ki, üzümə maska taxım. Doğmalarımızı, dostlarımızı və yaxınlarımızı seviriksə, ilk növbədə özümüzü qorumalıyıq. Bu, vətəndaş məsuliyyətidir”.

Mələykə Əsədova çəkiliş boyu, hətta mahnısını səsləndirən müddətdə belə taxdığı maskanı kənara qoymayıb.

Mənbə: XeberOxu

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com