Maliyyə naziri Katri Kulmuni istefa verəcəyini açıqlayıb

Finlandiyanın Maliyyə naziri Katri Kulmuni jurnalistlərə açıqlamasında istefa verəcəyini açıqladı.
O bildirib ki, nazir postundan getsə də, Finlandiyanın beş-partiyalı koalisiya hökumətinə daxil olan Mərkəz Partiyasında liderliyindən getməyəcək.
Katri Kulumni istefa səbəbini, “Suomen Kuvalehti” həftəlik jurnalında dərc olunan məqaləyə ictimaiyyətdən gələn mənfi rəylə əlaqəli olduğunu bildirib.
Həftəlik jurnalda dərc olunan məqalədə bildirilib ki, Maliyyə naziri Kulmuni icitimaiyyət qarşısında çıxışla bağlı təlimə 50000 avro xərcləyib və pul büdcədən ödənilib.
Mənbə: Apa