Ça. İyn 24th, 2025

“Mançestr Yunayted”dən oyunçu transferi

“Ayaks”ın yarımmüdafiəçisi Donni van de Bek “Mançester Yunayted”lə müqavilə imzalayıb.

Bu barədə məlumat klubun rəsmi saytında verilib.

23 yaşlı holland futbolçu ilə müqavilə 5 il müddətinə nəzərdə tutulub. Onun daha bir il uzadılma imkanı var.

Qeyd edək ki, 2019-2020 mövsümündə van de Bek “Ayaks”da 37 matç keçirib, onun hesabında 10 qol və 11 nəticəli ötürmə var.

Daha əvvəl “Mançester Yunayted”in holland üçün 40 milyon avro ödəcəyi barədə xəbər verilirdi.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com