C. Avq 8th, 2025

Masallı rayon məktəbliləri üçün “Sağlam Məktəbli, Davamlı Təhsil!” layihəsi həyata keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə qalib olmuş “Sağlam Məktəbli, Davamlı Təhsil!” layihəsi həyata keçirildi.Layihənin məqsədi məktəblilər üçün distant formatda sağlamlığı təşviq edən təlimlər keçirmək və onların sağlam olaraq davamlı təhsildə iştirakına töhfə verməkdir.Distant təlimləri giriş sözü ilə açan layihə rəhbəri Nərgiz Muxtarova layihənin donoru, layihənin məqsədi və gedişatı haqqında məlumat vermişdir. Daha sonra distant təlimdə çıxış edən Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov layihənin ideyasının uğurlu olduğunu, hal-hazırda COVİD-19 pondemiyası dönəmində bu kimi layihələrin keçirilməsinin şagirdlərə ruh yüksəkliyi verdiyini və onların bu kimi viruslardan qorunmasına dəstək olduğunu bildirmişdir.Layihənin eksperti Nemət Əliyev məktəblilərin sağlam mühitdə təhsil alması üçün yaradılan imkanlardan bəhs etmişdir. Həmçinin layihə çərçivəsində məktəblilər üçün çap edilmiş bukletlərdə olan məlumatların şagirdlərə faydalı olacağını qeyd etmişdir.Layihənin təlimçisi Rafət Şirəliyev məktəblilərə Su, Sanitariya və Gigiyena ilə bağlı qaydaları, məktəblərdə və digər yerlərdə bu qaydaları əməl etməyi, həmçinin təlimdə sağlam mühitin yaradılması üçün şagirdlərin rolu, məktəb və valideyn birliyi, davamlı təhsilin aparılması ilə bağlı mövzular üzrə distant təlim keçirilmişdir.Layihədə Masallı şəhər 1 saylı, 3 saylı, 4 saylı, 6 saylı, Masallı rayonunun Mahmudavar kənd və Şərəfə kənd tam orta məktəbinin şagirdləri və müəllimləri iştirak etmişdir. Ümumi olaraq layihədə 135 nəfər iştirak etmiş və faydalanmışdır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com