Ç. İyn 25th, 2025

Masallı rayonunda məktəblilər üçün maliyyə savadlığı təlimlərinə start verildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qalib olmuş “Məktəblilər arasında maliyyə savadlılığının artırılması” layihəsinə start verilib.

Lahiyənin ilk tədbiri Masallı rayon Sığıncaq kənd tam orta məktəbində həyata keçilib. Tədbir Qarabağ döyüşlərində şəhid olmuş şəhidlərin ruhu yad edilərək başlanılıb. Giriş sözü ilə məktəbin direktoru Əhliman Əliyev çıxış edərək bu kimi layihələr müəllimlərin öz ideylarını reallaşdırmağa və şagirdlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Daha sonra layihə rəhbəri Fərəc Cəfərov çıxış edərək layihəni açıq elan edib. Donor və layihə haqqında məlumat verərək, layihənin şagirdlər arasında maliyyə bilgilərinin arıtırlması, pul vəsaitlərindən doğru istifadə edilməsi, yığım vərdişlərinin formaşdıırlmasına müsbət təsir edəcəyini bildirib.

Layihənin eksperti Nemət Əliyev bu kimi layihələrdən sonra şagirdlərin bilik və bacarıqlarında əhəmiyyətli müsbət dəyişikliklərin olduğunu qeyd edib. Şagirdlərə uğurlar arzulayıb.

Layihə üzrə təlimləri Almaniya Əmanətlər Bankının Maliyyə Savadlığı üzrə sertifikatlı təlimçisi Rafət Şirəliyev idarə edir.Qeyd üçün bildirək ki, layihə Masallı rayonunun 8 tam orta məktəbini əhatə edir. Ümumilikdə 200-dən çox şagirdin bu layihədən faydalanması planlaşdırılıb.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com