Ç. İyn 25th, 2025

Masallıda məktəblilər üçün sosial sahibkarlıq layihəsi başlayıb.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsi”ndə qalib olmuş Masallı rayon Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbin icra etdiyi “Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsinə start verilib.

Layihənin ilk təlimi Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbində təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru və layihə rəhbəri Tural Nuriyev layihənin donoru və məqsədləri haqqında məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi məktəblilərdə sosial sahibkarlıq, peşə və geridonüşümlə bağlı yeni ideyalar yaratmaq və bu yöndə onların bilik və bacarığını artırmaqdır. Layihə Masallı rayonunun 15 məktəbində təlim formatında təşkil olunacaq. Daha sonra hər məktəbdən seçilmiş 15 məktəbli Lənkəranda 2 günlük Sosial Sahibkarlıq Düşərgəsinə cəlb olunacaq. Bu fəaliyyətlərin sonunda Masallı rayonunun sosial-iqtisadi potensialını daha yaxından görmək üçün müxtəlif müəssisə və qurumlara infotur təşkil ediləcək. 

Layihənin eksperti Nemət Əliyev çıxış edərək layihə çərçivəsində hazırlanmış buklet və kitabça haqqında məlumat verib.

Daha sonra təlimçi Rafət Şirəliyev layihənin məqsədlərinə uyğun təlim keçib, müxtəlif qrup işləri ilə məktəblilər fəaliyyətlərə cəlb edilib.

Təlimdə iştirak edən məktəblilərə sertifikatlar təqdim edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com