Masallıda pondemiyadan zərər çəkmiş qadın sahibkarlar üçün dəstək layihəsi həyata keçirilir
Masallıda pondemiyadan zərər çəkmiş qadın sahibkarlar üçün dəstək layihəsi həyata keçirilir
5 il ago
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin icra etdiyi “Covid-19 Pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin Təkmilləşdirilməsi” üzrə təlimlərin təşkili” layihəsi üzrə ilk mərhələdə 3 günlük onlayn təlimlər keçirilmişdir.Layihənin həyata keçirilməsində məqsəd qısa zaman ərzində Covid-19 Pandemiyasıdan zərər çəkmiş qadın sahibkarların iqtisadi biliklərinin arıtırlması və onların bizneslərinin təkmiləşməsinə nail olmaqdır.Layihə çərçivəsində Masallı rayonunda yaşayan və fəaliyyət göstərən 25 qadın sahibkar üçün Pondemiya şəraitini nəzərə alaraq oktyabr və noyabr aylarında onlayn təlimlər təşkil edilmişdir.Layihə rəhbəri Nərgiz Muxtarova tərəfindən layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və sahibkarlıq ilə bağlı məlumatları diqqətə çatdırıb.Layihənin biznes sertifikatlı təlimçisi Rafət Şirəliyev tərəfindən qadın sahibkarlara biznesin təkmilləşdirilməsi, biznes planın yenidən qurulması, bazar araşdırması, marketinq təhlili, risklərin idarə edilməsi və s. bu mövzularda onlayn təlim keçirilmişdir. Növbəti mərhələdə təlimlərdə iştirak etmiş qadın sahibkarlara stimullaşdırıcı mal-material dəstəyi göstəriləcəkdir. Bu dəstək təlimlərdə iştirak edən və dəstək almaq üçün müraciət formasını uğurla dolduran qadın sahibkarlara şamil olunur.