Ç. İyn 25th, 2025

MAXİMUM PUBG Mobile Çempionatı

Qaydalar:

  1. Çempionat 2 turdan ibarətdir.
  2. 1-ci tur 19 Sentyabr, 2-ci tur 20 Sentyabr 2020-ci il tarixlərində keçiriləcəkdir.
  3. Hər tur 3 xəritədən ibarətdir və xəritələri əvvəlcədən yükləmək tələb olunur (Erangel, Sanhok, Miramar).
  4. Çempionatda 25 komanda iştirak edir.
  5. Oyunlar 20:00, 21:00, 22:00-da başlayır.
  6. Server otaqları oyunun başlama vaxtından 15 dəqiqə öncə açılır və oyunlar PUBG Mobile lobby platformasında keçirilir. ID və şifrə çempionatın whatsapp qrupuna göndərilir.
  7. Hər bir komandanın oyunun başlama vaxtından ən azı 10 dəqiqə əvvəl server otağına daxil olması tələb olunur.
  8. Oyunun nəticələri oyun bitdikdən dərhal sonra bütün komandaların kapitanlarının təsdiqləri ilə hesablanacaq.
  9. Xəritələr ard-arda olacaq. Hər xəritədən sonra növbəti xəritənin başlanmasına 15 dəqiqə fasilə verilir.
  10. Gecikmək qadağandır. Oyunlar əvvəlcədən qeyd olunan vaxtında başlamalıdır.
  11. Komandaların birləşməsi (Teaming) qadağandır.
  12. Qalib ən çox xal toplamış komandadır.
  13. Xallar bərabərdirsə, üstünlük “kill” sayına verilir.
  14. Texniki problem olduqda Komanda oyuna minimum 2 oyunçu olmaqla daxil ola bilər (Təşkilatçılara öncədən xəbər verilməsi şərti ilə).
  15. Komanda 2 oyundan artıq buraxdığı halda çempionatdan kənarlaşdırılır və mükafatdan məhrum olur.
  16. Turnir yalnız telefon və planşet istifadəçiləri arasında keçiriləcək, emulatordan istifadə etmək qadağandır.
  17. Oyun Formatı: Squad, TPP
  18. Yaş məhdudiyyəti 14 yaş və yuxarı.
  19. Adminlər oyunçulardan yaşı təsdiq edən sənədi tələb etmək hüququna malikdir.
  20. Kənar şəxslərə lobbinin ID və şifrəni göndərmək qadağandır.
  21. Hər bir komandada 4 əsas oyunçu və maksimum bir əvəzetmə ola bilər.
  22. Çempionat dövründə bir komandadan digərinə keçid qadağandır.
  23. Digər rəqiblərdən üstün olan hər hansı bir proqramdan (fırıldaqçılardan) istifadə etmək qadağandır.
  24. Çempionatda iştirak edən oyunçular oyunu stream edirsə gecikmə (delay) ən azı 5 dəqiqə qoyulmalıdır. Əks halda komanda diskvalifikasiya olunur.
  25. Oyunçular Lənkəran daxilində olmalıdılar (minimum 3 oyunçu). Əks halda mütləq təşkilatçılara məlumat verilmələdir.
  26. Oyunçular yalnız qeydiyyatda olan akkauntlarını istifadə edə bilər.
  27. Xal sistemi :

1ci yer – 10 xal
2 – 6 xal
3 – 5 xal
4 – 5 xal
5 – 4 xal
6 – 4 xal
7 – 3 xal
8 – 3 xal
9 – 2 xal
10 – 2 xal
11 – 1 xal
12 – 1 xal
13 – 25 – 0 xal

Hər kill – 1 xal

  1. Hər bir komanda kapitani nəticələri “screenshot” edərək çəkməlidir. Lobby ilə texniki problemlər olduğu halda nəticələr lazım ola bilər.
  2. Etirazların, müzakirələrin və ya Çempionatın rəsmiləri və təşkilatçıları ilə hər hansı digər yazışmaların məzmunu ciddi məxfi hesab olunur. Çempionat təşkilatçılarından əvvəlcədən razılığı olmadan bu cür materialların yayımlanması qadağandır.
  3. Hakim oyunçunu/komandanı diskvalifikasiya etmək hüququna malikdir.
  4. Qaydalar hər kəs üçün məcburidir, qaydanın pozulması cərimə (Cərimə deyəndə tura görə mükafatın verilməməsi deməkdir və xalların verilməməsi) və ya diskvalifikasiyaya səbəb olacaqdır.
  5. Təşkilatçılar, vəziyyətdən asılı olaraq turnirin müəyyən şərtlərini dəyişdirmə hüququnu özündə saxlayırlar.
  6. Təşkilatçıların qərarları etiraz edilə bilməz.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com