Ç. İyn 25th, 2025

Mayın 31-i karantin rejimi bitəcəkmi?

Deputat Fazil Mustafa bildirib ki, mayın sonuna qədər karantin rejim sonlana bilər: “Bu elə bir vəziyyətdir ki, təkcə bizdən asılı olan məsələ deyil. Dünyada olan proseslər izlənir. Dünyada da yaxşılığa doğru dəyişmə tendensiyası var. Yəqin ki, mayın sonunda istənilən hədəfə çatmış olacağıq”.

Deputat Azər Badamov qeyd edib ki, Nazirlər kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə koranavirus pandemiyasının gündəlik hərəkətini təhlil edərək düzgün qərarlar qəbul edir: “Ölkədə xüsusi karantin rejimi tətbiq olunaraq ciddi məhdudiyyətləşdirici tədbirlər icra olundu. Məhz bunun göstəricisidir ki, ölkəmizdə pandemiyaya qalib gəlmək üzrəyik. Sərt karantin tədbirləri yumşaldılır, bəzi sahələrdə məhdudiyyətlər götürülür, insanların hərəkətinə icazə verilir. Bu o demək deyil ki, biz pandemiyaya tam qalib gəlmişik. Pandemiya təhlükəsi qalmaqdadır və karantin rejimini mayın 31-nə qədər uzadılması ilə bağlı qərar qəbul olundu. Amma bu karantin rejiminin nə qədər davam etdirilməli olacağını, və yaxud yenidən sərtləşdiriləcəyi və ya daha da yumşalmaya gedəcəyi barəsində heç kim öncədən fikir söyləyə bilməz. Çünki vətəndaşlar karantin qaydalarına əməl etməzlərsə, təbii ki, pandemiyanın yayılması yenidən genişlənə bilər. Əgər biz karantin rejiminin tezliklə tam olaraq aradan qaldırılmasını istəyiriksə, Operativ Qərargahın tövsüyyə və tələblərinə əməl edərək şəxsi gigiyenik qaydalarına əməl edərək sosial məsafəni gözləməliyik. Dövlət bu mübarizəyə bütün resursları səfərbər edib. Vətəndaşlar da həmrəylik göstərərək üzərinə düşən sosial məsuliyyəti dərk edərək karantin qaydalarına əməl etsələr, tez bir zamanda koronavirus üzərində tam qələbə əldə edə bilərik”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com