Ç. İyn 25th, 2025

Mediamax.az-ın informasiya dəstəyi ilə keçirilən turnir başa çatdı

Ümumilikdə 4 turdan ibarət olan “Gənc Könüllülər” arasında keçirilən intellektual turnir başa çatıb.

Mediamax.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi, Lənkəran İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Gənc Könüllər” arasında “LenCorona Liqası” yekunlaşıb.

Nə? Harada? Nə zaman?(NHN) formatlı liqanın sonunda l yer Cəlilabad rayonunu təmsil edən “Desant” komandası, ll yer Lənkəranı təmsil edən “6-in 1” komandası, lll yer isə Saatlını təmsil edən “Araz” komandası oldu.

Çempion komanda kubok və əlavə olaraq ilk 3 yeri qazanmış komandanın üzvləri diplom və medallarla təltif ediləcək.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com