Meksikada “mamont qəbiristanlığı” tapıldı

Bu “mamont qəbiristanlığı” Mexiko şəhərinin yeni hava limanının inşa edildiyi ərazidə aşkar edildi. Qədim göl yatağında yerləşən ərazidə 100-dən çox mamontun “böyük sümükləri” aşkar edildikdən sonra arxeoloqlar çağrıldı. Mamontların əksəriyyətinin dünyada 10.000-25.000 il əvvəl yaşadıqlarına inanılır və mütəxəssislər onları göldəki qida və su ehtiyatlarının cəlb etdiklərini iddia edirlər. Arxeoloq Araceli Yanez qeyd edib ki: “Bu yerin mamontların uzun müddət və nəsillər boyu sağ qalması üçün kifayət edəcək qədər təbii ehtiyatı var idi”. O bölgənin qışda palçıqlı olduğunu və ac qalan nəhəng məməliləri tələyə saldığını da əlavə etdi. Heyvanlar üçün talehsiz bir hal olsa da Araceli, gölün qalıqları çok yaxşı vəziyyətdə qoruduğunu ve bunun yeni hava limanında nümayiş etdiriləcəyini qeyd etdi.
Mənbə: BBC