Meksikada koronavirusla bağlı maraqlı qərar verilib

Meksikanın cənub-şərqindəki Verakrus əyalətindəki Sokonusko bələdiyyəsi tərəfindən maraqlı bir addım atılıb.Belə ki, əmrə əsasən “Koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır”-deyə, bir yazı qəsəbə ərazisində quraşdırılıb.5200 insanın yaşadığı, indiyədək yoluxma faktının qeydə alınmadığı bu qəsəbədə, bələdiyyə rəhbərliyinin insanların diqqətini çəkib onları məsuliyyətli olmağa səslədikləri üçün belə bir addım atdığı bildirilir.