Messi “Barselona” futbol klubunu tərk edə bilər

Messi “Barselona” futbol klubunu tərk edə bilər
“Barselona” futbol klubunun hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Ötən gün yayılan xəbərlərdə 33 yaşlı ulduz futbolçunun 2021-ci ilin yayında “Barselona”nı tərk edəcəyi qeyd olunub.
Kataloniyada və İngiltərədə olan etibarlı mənbələrdən artıq L.Messinin Premyer Liqada oynamağa hazırlaşdığı haqqında xəbərlər yayılıb.
Qeyd edək ki, L.Messi 2003-cü ildən “Barselona” futbol klubunun oyunçusu kimi çıxış edir.
Mənbə: Oxu Az