Messinin transferinə razılıq verildi

PSJ rəhbərliyi “Barselona”dan ayrılacağı gözlənilən Lionel Messinin transferinə razılıq verdi.
“Diario Sport”-un verdiyi məlumata görə, klub rəhbərliyi argentinalı hücumçunun keçidinin komanda üçün vacib olduğunu düşünür. Onlar Messinin Paris təmsilçisinə keçəcəyi təqdirdə Neymar və Klian Mbappenin tərəddüd etmədən müqavilələrini yeniləməyə razı olacaqlarına inanır.
Həmçinin, L.Messi “Barselona” rəhbərliyinin verdiyi qərarlardan narazı olduğu üçün 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam vermək istəyir. 33 yaşlı oyunçunu “Mançesteer Siti” və “İnter” də heyətinə qatmaq niyyətindədir.
Mənbə: Qol_az