Metronun bağlanmasının əsas səbəbi nə idi?

“Tunellərdə, qatarlarda havalandırma sistemi bu virusun yayılması üçün münbit şərait hesab olunur. Məhz bu riski gözə almamaq üçün metronun fəaliyyəti dayandırılıb. Bunun əvəzində ekspress avtobusların fəaliyyətinə üstünlük verilir”. – bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.