Ç. İyn 25th, 2025

Milli komandanın həkimi koronavirusdan dünyasını dəyişib

Milli komandanın həkimi koronavirusdan dünyasını dəyişib.

Futbol üzrə Ukrayna millisinin həkimi Anton Xudayev ölüb.

Mediamax.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Assosiasiyası açıqlayıb.

Koronavirus yoluxan tibb işçisinin ölümünə səbəb ürək dayanmasıdır. O, dünyasını dəyişən vaxt ağciyərlərə süni nəfəs aparatına qoşulu olub. Bildirilir ki, onun ağciyərlərinin 70 faizi virusa yoluxub.

Qeyd edək ki, Xudayev 20 ildən artıq “Metallist” klubunun həkimi olub. O, 2016-cı ildən millidə çalışıb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com