Ç. İyn 25th, 2025

Millimiz reytinq cədvəlində irəliləyib

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Yenilənən siyahıda Azərbaycanın mövqeyi dəyişib.

Millətlər Liqasında evdə Lüksemburqa 1:2 uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn komandamız xallarının sayını 1179-a çatdırıb. Bununla da yığmamız iki pillə irəliləyərək, 114-cü sıradan 112-ci pilləyə yüksəlib.

Qeyd edək ki, siyahıya 1773 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1744), Braziliya 3-cüdür (1712).

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com