Bz. Avq 10th, 2025

Mingəçevirdə dəhşətli avtomobil qəzası

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

Verilən məlumata görə, iyunun 12-i saat 16:00 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş və “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vuraraq elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerindəcə həlak olub. Digər 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hazırda işlə bağlı Mingəçevir ŞPŞ
tərəfindən araşdırma aparılır.

Mənbə: Sonxəbər

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com