Minlərlə gənc orduda xidmət etmək üçün qeydiyyatdan keçir

Dövlət Xidməti: Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc orduda xidmət etmək üçün qeydiyyata alınır.
Bu barədə Dövlət Xidmətinin məlumatında bildirilir: “Bir daha xatırladırıq ki, hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər”.
Mənbə: Apa