Ç. İyn 25th, 2025

Minsk qrupundan növbəti bəyanat

Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik növbəti bəyanat yayıblar.

Bəyanatda deyilir:

“İyulun 16-dan etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi alqışlayır və tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq məqsədi ilə ciddi detallı danışıqlara hazırlaşmaq üçün aktiv hərbi əməliyyatların hazırkı azalmasından istifadə etməyə çağırırıq.

Bir daha vurğulayırıq ki, bu mürəkkəb dövrdə mülki əhaliyə və ya son dərəcə vacib infrastruktura ehtimal olunan təhdidlər daxil olmaqla, təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək son dərəcə vacibdir”.

Həmsədrlər qeyd ediblər ki, bu yaxınlarda həmsədr ölkələrin birgə səylərini tənqid edən açıq bəyanatlar, yaxud birtərəfli qaydada yeni “şərtlər” yaratmağa cəhd göstərilməsi və ya nizamlama prosesinin formatının dəyişdirilməsi konstruktiv dialoqun bərpasına imkan vermir. Həmsədrlər bir daha təsdiqləyirlər ki, davamlı sülhə nail olmaq üçün siyasi iradə ən yaxşı şəkildə özünü maksimalist növqelərdən çəkinməkdə, atəşkəs rejiminə ciddi riayət etməkdən və təxribat xarakterli bəyanatlardan, hərəkətlərdən çəkinməkdə göstərəcək.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com