Mirasını fillərə buraxdı

Hindistanda 59 yaşlı Axtar İmam vəsiyyətini dəyişdirirərək mirasından böyük bir hissəsini 2 filinə verib.
Keçən il onu öldürmək istəyənlərdən xilas etdiyinə görə fillərinə miras qaldığını bildirib. Adları Moti və Rani olan fillərlə həmin gündən daha da yaxın olan İmam, ailəsinin bu hərəkətini dəstəkləmədiyini də qeyd edib. “Mən öləndən sonra fillərimin əsir olmasını istəmirəm. Onlar mənim gözümdə təkcə iri canlılar deyil, həyatımı xilas edən dostlarımdı” – deyə İmam səbəbini açıqlayıb.
Şahanə Əhmədzadə