Ç. İyn 25th, 2025

MN Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib

“Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan müdafiə nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından “yolu azaraq itkin düşüb” deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan müdafiə nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi. Əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir”

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com