Moskvada daha 71 nəfər dünyasını dəyişdi ölənlərin sayı 1 503 nəfəri ötdü

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 1 503 nəfərə çatıb.
Bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində paytaxtda daha 71 nəfər koronavirusun qurbanı olub.
Hazırkı dövrədək Rusiyada 272 043 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 166 nəfər müalicə olunaraq sağalıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,6 milyontest aparılıb.
Mənbə: ©REPORT/AZ