Ç. İyn 25th, 2025

Moskvada həmyerlilərimizə qarşı aqresiv hərəkətlər davam edir

Bir sıra naməlum şəxs Moskvanın qərbində Mosfilmovsk küçəsində yerləşən Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıb, daha sonra gizləniblər.

Bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“İndisent Mosfilmovsk küçəsində baş verib. Naməlum şəxslər Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atıblar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləniblər”, – deyə agentliyin həmsöhbəti bildirib.

O, hücum edənlərin axtarıldığını əlavə edib.

Qeyd eddək ki, iyulun 24-nə keçən gecə Moskvanın Marino rayonunda azərbaycanlılarla ermənilər arasında bir neçə toqquşma olub. Bundan əlavə, cümə günü gün ərzində Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma qeydə alınıb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com