Müdafiə Nazirliyindən verilən yalan məlumatla bağlı – AÇIQLAMA

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir:- “Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam olaraq əks etdirmir. Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.
Mənbə: Qafqazinfo