Ç. İyn 25th, 2025

Muğla-da dəhşətli yanğın

Türkiyənin Muğla şəhərində bir evdə baş tutan yanğının böyüməsi nəticəsində yaxınlığda yerləşən üç ev ziyan görmüşdür.

“MediaMax”-ın “CNN Türk”-ə istinadən verdiyi məlumata görə yanğın, 16:00 radələrində “Beyobası” məhəlləsində yerləşən tək qatlı evdə baş vermişdir.

Dumanı görənlər vəziyyəti yanğınsöndürmə briqadasına bildirsələr də, ilk müdaxilə yaxınlığda yaşayan əhali tərəfindən göstərilmişdir. Buna baxmayaraq küləyin təsiri ilə alovlar daha iki evə ziyan vurmuşdur. Hadisə yerinə sövq edilən çox saylı xilasetmə qrupu yanğını nəzarətləri altına almışdılar.

Hər hansı bir itki olmadığı bildirilən yanğında 3 ev xəsarət almış, 1 ev tamamilə yanmışdır. Yanğının səbəbi araşdırılır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com