Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir

Müdafiə Nazirliyindən əməliyyat-taktiki raket komplekslərinin təlimə cəlb edilməsi ilə bağlı məlumat verilib.
Keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq raket-artilleriya bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla hərəkət edirlər.