Ç. İyn 25th, 2025

Müəllimlər üçün müsahibələr onlayn keçiriləcək

Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək.

Aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək. Namizədlər təlimatla tanış olaraq 1 may saat 00:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.

Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.

Mənbə: edu.gov.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com