Mərkəzi Bank daha iki bankın lisenziyasını ləğv etdi

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilmişdir.
Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi, xüsusən “Atabank” ASC-in əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilməməsi uzun zamandır ki davam edirmiş.
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki: ” “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir.”
Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı