Yaqut Qarayeva: Nəyə görə biz durmadan maskadan istifadə etməyin lazım olduğunu qeyd edirik?

“Çünki COVİD-19 xəstəsinin elə bir əlaməti, bir səpgisi elə bir şeyi yoxdur ki, biz o adamla rastlaşanda bilək ki o virusa yoluxub və ya heç bir şikayəti yoxdur lakin adam işə gedir.
Ona görə də, biz özümüzü və ətrafı da qorumalıyıq. Mən şəxsən özümü qorumaq üçün maskamı çıxarmamalı və əlimi tez tez dezinfeksiya etməliyəm. Çünki, adi söhbət əsnasında danışdığı zaman kim isə məni yoluxdura bilər. Və ya ətraf mühitdə bu mikroblar qala bilər və mən buna toxuna bilərəm.
Bu məsələlər çox vacibdir, hər birimiz özümüz qorusaq kimi isə aldatmağa ehtiyac qalmayacaq – polis məni yoxlayacaq və s. bunlar sizin özünüz üçündür, özünüzü qorumaq üçün, virus keçib gedəcək lakin bu sizin bədəninizdə qalıb inkişaf edəcək. Yaxınlarınıza yoluxacaq. Özümüzü qorusaq yoluxmalar artmaz və biz əvvəlki həyatımıza qayda bilərik” – deyə Yaqut xanım bildirib.