Nənə həyat qurtarmaq istədi öz həyatını itirdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.
Bildirilib ki, Mercedes markalı avtomobil piyada zolağında ad-soyadı hələlik məlum olmayan yaşlı qadını vurub. Şahidlərin sözlərinə görə, avtomobil piyada zolağında qadının nəvəsini vuran zaman o, uşağı xilas etməyə çalışıb. Bu vaxt avtomobil qadını vuraraq öldürüb. Onun nəvəsi isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report az