Bz. Avq 10th, 2025

Nadir rastlanan Əbabil quşu görülüb


Göyçayda nadir hallarda görünən və Yer üzərinə enən Əbabil quşuna rast gəlinib. Bu quş rayon sakini Səid İsmayılovun həyətinə düşüb. Onun sözlərinə görə, həyətə düşən quşu ilk dəfə gördüyü üçün tanımadığını bildirib. Araşdırmalar zamanı bu canlının Əbabil quşu olduğu məlum olub. 

Həyətində başqa növ quşlar bəsləyən Səid İsmayılov tapdığı Əbabil quşuna da böyük maraqla yanaşır. Ona qidalanmaq üçün lazım olan yem və ət verir. 

Səid İsmayılov bu quşu bir neçə gün saxladıqdan sonra onu səmaya buraxacağını bildirib. 

Mənbə: apa.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com