Naftalanda dəhşətli hadisə

Naftalan şəhərində kişi arvadını öldürüb, ögey qızını isə yaralayıb.
1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğlu qeyri-rəsmi nikahda olduğu arvadı, 1979-cu il təvəllüdlü Verdiyeva Elnurə Elm qızını öldürüb.
Z.Məmmədov E.Verdiyevanın birinci evliliyindən olan qızı, 2002-ci il təvəllüdlü Həsənova Aysun Elşad qızına ağır xəsarət yetirib.
İlkin məlumata görə, hadisə Aysun Həsənova ilə bağlı baş verib. Z. Məmmədov qısqanclıq zəminində ögey qızını öldürmək istəyib, bu zaman anası özünü onun önünə verib və qızını xilas etsə də, aldığı xəsarətdən özü vəfat edib.
Zəfər Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo