Naqatomonun yeni klubu müəyyənləşdi

Yaponiya millisinin sabiq müdafiəçisi Yuto Naqatomonun yeni klubu müəyyənləşib.
Mediamax.az Goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Marseille-ə transfer olunub.
2018-ci ildən Galatasaray-da çıxış edən, bu yay İstanbul klubundan ayrılan futbolçu fransızlarla bir illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Tokio-nun yetirməsi olan Naqatomo, İtaliyada Cesena və İnter klublarının da uğurları üçün çalışıb.