Ç. İyn 25th, 2025

NASA-nın pilot proqramlar üzrə rəhbəri istefa verib

NASA-nın pilot proqramlar üzrə rəhbərinin müavini, vəzifəsindən getmiş Duqlas Loverro təşkilatda işlədiyi vaxt buraxdığı səhvi açıqlayıb.

Bu haqda “Politico” nəşri Loverronun məktubuna istinadla yazıb.

Qeyd olunur ki, pilot proqramların keçmiş rəhbəri “səhv” etdiyinə görə NASA-nı “ürək ağrısıyla” tərk edir. Dörd il yarımdan çox davam edən işlədiyi müddətdə o “rəhbər olaraq, bəzən risk almalı olduqlarına” əmin olduğunu bildirib. Loverroya görə, hər hansı bir risk (texniki, siyasi və ya şəxsi), onlar düzgün qiymətləndirilməyəndə əks-nəticələrə səbəb ola bilər. O, missiyanı başa çatdırmağı zəruri hesab etdiyi üçün bu il belə bir riskə getdiyini etiraf edib. Bir qədər keçəndən sonra, pilot proqramlar rəhbəri indi şəxsən nəticəsinə görə cavab vermək niyyətində olduğu o seçiminin yanlış olduğunu hesab edir.

“Washington Post” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Loverro NASA üçün Ayın səthinə insanları daşıya biləcək kosmik gəmilərin yaradılması xidmətləri göstərən şirkətlərlə müqavilələrin bağlanması zamanı qaydaları pozmaqla səhv buraxıb. 

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com